Eyniyyət

İnsanlar həyatla,
Həyat insanlarla gözəllik.
Dayanacaqda bir çılğın həyatın axışında hərəkət,
İnsanlığın üzündə bütün rənglərini bəlli edir.
Və həyat yeriyir.

İnsan bir körpü,
insan bir uşaqda…

İki yaşlı yan-yana tramvay gözləyir,
Tramvay gəlir,
Qapılar açılır qocalar minir tramvaya,
Yavaşca hərəkətə keçir sürətlənir.

Həyat eyni duruşda eyni yolla gedir.

Bir gənc üz-üzə dayanacaqda yol gözləyir
əlləri cibində.

Köynəyi yaşıl adam gözlərində eynəklə həyata eynək arxasından baxır.
Həyat davam edir eyniyyətdə,
Danışır dilə uyğun.

Hərəkətə doğru gedir maşınlar.

Bulud sükut içində
Elə bil nəyinsə çıxış yolunu axtarır.

Sağımda, solumda
Nəfəs çəkir tramvay.

Dilini dəyişir bu səfər varlığın miniaturları.

Ağ saçlı qoca dəf çalır dizin üstündə
əllərini iki dizindən götürüb cibindəki telefona uzaqdır.

Burda həyat gözəldir.

Hamı bir hərəkətdədir,
Hamı həyat uçurur.

Gülnarə İsrafil.
www.kafiye.net