Avamlık Damcı

Avamlıq damcı tökür
Sözümün hər səthinə
Yas saxlayıb, gedirəm elimə,
El içmə,
Yatıram layla çalır,
Hayi-Ariyan.
Tarix-tarix qazıyır
Tomirisin sümüyünü
Etinasızlıq yıxır
Vərəqimin öyünü.
Əldə külüng, beldə tüfəng
Üzdə “Ümmət”, dində şəhvət,
Gendə millət doğrayıb qayıran-
Sariyan…
Ümmətçilik beyinləri düyünləyir,
Şortiklərin İran bağı,
Mifik Olimp geyinir.
Zevs gəlir ödül verir kökünə
Təbrizdə, Qarabağda,
Xocalıda, yerikləyir
Müsəlmanın, insanların ətinə.
Ari mani, Ari yani-İrani-Hindistani,
Bir də indi üzə çıxıb,
İrəvanda, Almaniyada, Avropada
Tolişi Seperatyani.
Bir yerə toplaşaraq,
Torpaq yeyir, ət yeyir,
Axsam, səhər bağırır
“ümmət” deyir,
Türk qoymur yer üzündə
Millət yeyir.
Muzey olur
Başında bürşükləri
Şəhidləyir yurdunda yerindəcə türkləri.
Təkcə Qarabağ olsa dinməzdim
Lal olardım,
Mən də Arilər kimi
Qanımda boğulardım.

Sarmazdı varlığımı bu uzun
Silah-kəmik
sərərdim üzərimə torpağımdan
Bir kəsik.

****
İrəvan canım ağlar,
Qarabağ kəsik başım,
Hər gedən qanım ağlar.
Əsir igidim ölü.
Göyçə gölü, qan gölü.
Orda min qadın səsi,
Deyir ay Gülü, Gülü.
Tikələr tikə bişdi,
Kəsildi kökə bişdi
Orda bir gəlin ölmüş,
Gündüzü gecə bişdi.
Ağacda bar yetişmir,
Yaralar qan, bitişmir,
Gülü kar, kor olubdu
Dərdlərinə yetişmir.
Hər gün bir az daş olur
Hər gün bir az kömürdü
Allah, dərdimə yetiş,
Dərdim məni sümürdü.

Gülnarə İsrafil…
www.kafiye.net