SUÇUM YOX MƏNİM..

Bəlkə də hardasa suçum var,amma,
Səni sevməyimdə suçum yox mənim.
Sevginden olsa da köksümdə yanma,
Səni sevməyimdə suçum yox mənim.
*
Sevməyə qadirdir hər oğul,hər qız,
Sevgidən qaçanlar qalır tək,yalqız
Nə qədər suç varsa qəlbdədir yalnız,
Səni sevməyimdə suçum yox mənim.
*
Demirəm div kimi güclü olardım,
Demirəm kiməsə borclu olardım,
Özgəni sevsəydim suçlu olardım,
Səni sevməyimdə suçum yox mənim.
*
Məhəbbət önündə acizdir şah da,
Sevdasız yurd salır sinədə ah da,
Bəlkə özündədir suç da, günah da,
Səni sevməyimdə suçum yox mənim.
*
Nazlıyam,bir qəlbim var,o da səndə,
Mən düşə bilmərəm özgə kəməndə,
Özün yaratmısan sevgini məndə,
Səni sevməyimdə suçum yox mənim.

Nazlı Hacılı.
www.kafiye.net