Həkimə getmək

Həkimə getmək üçün yataga düşməyi gözləyən insanlarıq biz. İstirahət etmək üçün pensiya yaşımıza qədər çatmağı gözləyən,avtobusda əyləşərək bir yol getmək üçün 50 il gözləyən , birinə sevdiyimizi demək üçün onu itirmək qorxusuyla üzləşməyi gözləyən insanlarıq. Bir çox şeyin bizimçün nə qədər qiymətli olduğunu anlamaq üçün onun bizim olmadıgı zamanın gəlməsini gözləyən insanlarıq. Bəzən bir şeyi etiraf etmək üçün , övladlarımıza nəsihət, vəsiyət etmək üçün ölüm anımızı gözləyən insanlarıq . Ata ana qədrini bilmək üçün onların yoxluğunu gözləyib sonradan qəbirlərini ucaldan insanlarıq. Bəlkə ömrümüzdə qucaqlamadıgımız qədər ən çox cəsədlərini qucaqlayıb ağlayırıq sevdiklərimizin. Xoşbəxt olmaq üçün nəyisə gözləməyi seçirik.

Hansısa bir arzunu önümüzə məqsəd qoyub ona çatanacan xoşbəxt ola bilmirik. Ona çatdığımız an isə o xoşbəxtlik elə o an olur. Sonra başqa bir arzu həmin arzunun yerini tutur və biz yenə xoşbəxtliyi qovalayırıq. Biz daim gözləməyi seçirik . Və ən çox da özümüz də bilmədən ölümü gözləyirik. Ömrümüzü təlaşlarda itiririk. Səhvimizi etiraf etmək üçün , birinə ” bağışla ” deyə bilmək üçün hansısa fürsəti gözləyirik. Beləliklə əlimizə düşən fürsətlərimizi itiririk. 


Bəlkə də heç bir fürsət gözləmədən heçnəyi gözləmədən içimizdən gəldiyi an o şeyi etməyə cəhd etsək xoşbəxtliyi axtarmalı olmalıq. Bəlkə elə hər an xoşbəxt ola bilərik. Əslində bir çox şeyin səbəbi bizim özüm2zşün deyil də başqaları üçün yaşamağımızdır. Biz canımızdan çox geyimimizə fikir veririk. Bir çox şeyləri kimlərinsə “nə deyər” düşüncəsinə qurban verib ömrümüzü tükədirik….

Nigar Şəmsi… 28.06.2019..
www.kafiye.net