İnsana acı verən

İnsana acı verən yaşadıqları deyil, hiss etdikləridi. İnsanı sarsıdan aldıgı fiziki yaralar deyil , mənəvi agrılardı. Bizə əzab verən şey qarşımızdakı insanın bizə etdiyi rəftar deyil, bizə o rəftarı edənin kimliyidi. Bizi incidən şey bizə danışılan yalan deyil, bizim o yalana inanmağımızdı. Bizi yaralayan şey sevilməməyimiz deyil, sevdiklərimiz tərəfindən sevilməməyimizdir. Biz bizə dəyər verilməməyindən daha çox dəyərli bildiklərimizçün dəyərli ola bilməməyə üzülürük. Biz bizə deyilən sözə görə üsyan etmirik, biz bizə deyilən sözün haqsız olduğunu düşündüyümüz zaman üsyan edirik. İnsana acı yaşadan da çox vaxt yaşadığı şeyləri haqq etmədiyini düşünməsidir. Bəli biz haqsızlığa dözə bilmirik.

Əslində bütün bunlar bizim öz daxilimizdə özümüzə olan hörmət özümüzə olan sevgj və özümüzə olan dəyərləndirmədi..
Bəzi insanlarda bu özünüsevmə və özünüdəyərləndirmə həddindən çox olur. Belə insanlar yersiz davalara meyilli, yersiz söz söhbətlər salan, mənəm mənəmliyə meyilli olan insanlardı.

İnsanların bəziləri daha çox güzəştə meyilli , daha çox qarşı tərəfə anlayış göstərən, tez bağışlamağı bacaran yumşaqxasiyətli , lakin yeri gəldiyi zaman öz hüquqları uğrunda mübarizə aparmagı da bacaran olurlar. Belələri həm özünə hörməti olan , həm də başqalarını anlayan insanıardı.

İnsanlardan bəziləri isə həddindən artiq fədakar olur və haqsızlığa da çox zaman susurlar. Susduqca da daha çox haqsızlığa məruz qalırlar. Çünki insanların bir çoxunun beynində onlara cavab verilmədiyi zaman haqlı olduqları fikri formalaşır. Bu insan psixilogiyasının bir formasıdır ki, bir çoxlarımız da buna uygun yaşayırıq. Nədənsə bir çoxlarımız öz hüquqlarımızı qorudugumuzu zənn etdiyimiz zaman başqalarının haqqını tapdaladıgımızı unuduruq və bundan xoşbəxt oluruq. Nədənsə bir çoxlarımız rəqiblərimizin bəd günlərinə güldüyümüz zaman o günlərin bizə də gəlib çatabiləcəyini unuduruq. Nədənsə bir çoxlarımız öz kinayəli gülüşlərimizin qarşımızdakı insanı necə yaralandığından xəbərsiz oluruq. Nədənsə biz incidərək göz yaşlarını axıtdığımız insanların gözyaşlarının bizim həyatımızda haçansa rol oynaya biləcəyinin fərqində olmuruq.

Nigar Şəmsi…29.06.2019….
www.kafiye.net