YADA YANMAMAĞA ÜRƏK QOYMADI
(Hər kəs üçün)

Çox təkid eyləmə yardımın üçün,
Elə bilər böyük umacağın var.
Soyuqqanlı olub, başqa yol seçin
Düşünməsin yəqin alacağın var.

Hər kəsə peyk olma, qayğısız gəz, Sən!
Bəzən biganəlik gənc edər səni.
Qədirbilməz üçün özünü üzsən,
İncəqəlb olmağın, incidər səni.

Yada yanmamağa, ürək qoymadı
Bu qəlb neçəsinin üstündə əsdi.
Əldən gələni ki, etdin duymadı,
Ən böyük zərbəni vuran o kəsdi.

Necə dəyişərmiş hər gün gördüyün,
Əqlə hakim olub, təslim edib şər.
Bir vaxt ali sayıb, dəyər verdiyin,
Bəzən ucuzlaşıb qiymətdən düşər.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net