YAR İTKİSİ, AĞIRDI

Məhəbbətin yolları
Ot basmış cığır oldu.
Hey uzanan qolları,
Çəkənə ağır oldu.

Görmədən umu, küsü
Tufan, əldən qopardı.
Vətəninə sevgisi
Yarı eldən apardı.

Nisgilin etkisinə
Düşən, qəmsiz gəzərmi?
Mərd oğul itkisinə,
Sevəni, bəs dözərmi?

Adətidir dünyanın,
Gözləyənə dağ çəkər.
Qəsdə girsə bir canın,
Əzabını sağ çəkər.

Yer üzünə ay Allah,
Gətir, əmin – amanlıq.
Olmasın ölüm, günah
Yox olsun pis, yamanlıq.

Yollara hər göz dikən,
Sevinc gələn, görəydi.
Sevgi fidanı əkən
Nübarını dərəydi.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net