QİSAS QİYAMƏTƏ QALMASIN

Gəldi qara ayların,
İyirmi altısı yenə,
Çarpaz dağlar çəkildi,
Həmin günü vətənə.

Gecəylə vurdu düşmən,
Amansız zərbəsini.
Göy üzü ərşə çəkdi,
Qız gəlinin səsini.

Baxmadılar nə qoca,
Nə cavan nə, uşağa,
Xocalı çöllərində, 
Qalxmışdı qan qurşağa.

Qarlı qışın şaxtası, 
Kəsidi əl ayağı.
Həmin an yoxdu xalqın,
Nə arxası dayağı.

Uşaqlar diri -diri,
Torpaq altda gömüldü, 
Həmin gün vətənimin, 
Namus, qeyrəti öldü.

O gecə Xocalıda,
Qırmızı qar yağırdı.
İlahi bu dərdimiz,
Dağlardan da ağırdı.

Bir gecədə verildi,
Altı yüz on üç şəhid,
Salamat tapılmadı 
Arasından bir meyid.

Gah gözləri oyuqdu, 
Gah da sinəsi kəsik. 
Qarınları sökülmüş, 
Gah da başları əksik.

Bu bir müharibədir, 
Kənardan söyləyənlər. 
Müharibəsiz gəlir,
Adam əti yeyənlər.

Yer üzündən silindi,
Səkkiz ailə həmin gün, 
Əsir düşən qızların,
Xəyalıydı toy-düyün.

Yetim qoyuldu allah,
O gün yüz otuz uşaq.
İtgin düşən qızlardan, 
Gəlinlərdən danışaq.

Altmış səkkiz insanın,
Taleyi bilinmir heç,
Unudulsa bu vəhşət, 
Adımız olar bivec.

Həmin günü Xocalı,
Necə əsirdi tir-tir.
Əlindəydi düşmənin,
Min iki yüz yetmiş beş əsir.

Bərabər tutmalıyıq,
Hər bir şəhidin yasın. 
Birləşin ki, bu qisas,
Qiyamətə qalmasın.

Müəllif. MetanetDuyğulu. 
26.02.2019
www.kafiye.net