Ağır və yüngül olan

Ağır və yüngül olan .. Çətin və asan olan…
Əslində nə ağır olan var, nə də yüngül olan .. Nə çətinlik var,nə də asand olan..Çətinlik də, ağırlıq da nisbidir…Balaca bir uşaqçün ağır olan bir əşya böyük bir insançün yüngül ola bildiyi kimi çətinlik və asandlıq da bizlərə görə dəyişir.Hadisələrə yanaşma tərzimizə görə onlar faciəvi və dramatik olaraq dəyişə bilər…Ümumi götürdükdə bizim baxış bucağımızdan çox şey asılıdır .. Nəhəng filin kiçik siçandan qorxuğu kimi görkəmcə iri cüssəli və yenilmıəz görünən bir insanın daxilində cəsarətsizlik olarsa onu yenmək çox asand ola bilər…Bir insan özünü həm qul, həm rəhbər edə bilər …Çünki hər şey məhz bizim daxilimizdə- özümüzdə mövcuddur…Dxilimizdə olan cəsarət və ya qorxu isə bizim şüuraltımızda mövcuddur… Qarşımızda bir ordu belə dayansa onu ynə bilmə cəsarəti varsa biz qalibik deməkdir..Bu cəsarətin mənbəyi isə şüuraltımızda yerləşən inamdan asılıdır…Şüuraltımız və inancımız bizim həyatımızı dəyişə bilər …Çətin görünənlər bir anda asandlaşar, faciəvi görünən hadisələr bir anda normal hal alar və ya tam əksi…İnamın mövcudlugunda isə istək əsas rol oynayir ..İstədiyimiz bir şey üçün mübarizə aparmaq istəmədiyimiz ugrunda mübarizə aparmaqdan daha asand olur şərtləri hər nə qədər ağır olsa belə…Çünki asanliq nisbidir və asandi asand edən bizim inamimiz və onun kökündəki istəyimzdir…

Nigar Şəmsi…2019.06.02…
www.kafiye.net