Yaşayıb yaratmaĝa

Yaşayıb yaratmaĝa,gəlmişəm bu dünyaya,
Çalışıb vuruşuram qarışıb günə,aya.
Yorulanda gözümü dikib nurlu səmaya
Düşünürəm durmadan xeyalımı qururam,
Qədrimi bil ey gecə tək sənə göz yumuram.

Baxıram doĝan ayın üzündəki pərdəyə,
Qorxuram düşə pərdə,camalına göz dəyə.
Ayında ulduzunda işıq yolum var deyə,
Açılan sabahınnan səadeti umuram,
Qədrimi bil ey gecə tək sənə göz yumuram.

Keçirəm zaman zaman Tanrının sınaĝınnan,
Keçirəm iynəsinnən,ipinnən ,daraĝınnan.
Sonunda yorularaq həsrətin soraĝınnan,
Aĝuşuna sıĝınıb dərdimi unuduram,
Qədrimi bil ey gecə tək sənə göz yumuram.

Metanet Duyĝulu
wwww.kafiye.net