SƏNİ SORUŞUR

Səninlə maraqlanır tanıyan,tanımayan
Çoxdandır görünmürsən,ellər səni soruşur.
Sanki sənin gedişin olub hər kəsə ayan
Birlikdə əkdiyimiz güllər səni soruşur..
*
Eşqimizin sorağı yayılıb eldən-elə
Səni qısqanırdım mən hər çiçəyə,hər gülə
Bir zaman bəxtiyardıq,sənlə verib əl-ələ
Birgə yürüdüyümüz yollar səni soruşur.
*
Nəzərmi dəydi bizə,ama biz çox sevərdik
Bu sevdanın uğruna canı qurban verərdik
Əl-ələ,göz-gözəydik,eşq gölündə üzərdik
Sevgimizdən bəhs edən dillər səni soruşur…
*
Gedşinlə qəlbimə həsrətini yaydım mən
Günləri,saatları birər-birər saydım mən
Ürəyimin qabığın nisgil ilə soydum mən
Gözlərimdən başlayan sellər səni soruşur…
*
Ayrılığın acısı yoluma qəm səpir,gəl
Bu zavallı ürəyim təzə dərdlər tapır,gəl
Ürəyimdə,canımda fırtınalar qopur,gəl
Boşuna xərclədiyim illər səni soruşur.

Nazlı Hacılı.
www.kafiye.net