ÖZÜNÜ DƏYİŞ

Haqqı deyən, başçıdan təhqir alsa,
Hardagəldi söz eyləyib gülmə, sən.
Vardı payın, tələb edib O, udsa,
Çəkindinsə, özünü mərd bilmə, sən!

İnam becərdiyi barı, dərməyən,
Öz bəxtindən daim uman olacaq.
Cəhd etməyib, günəş nuru görməyən,
Qaranlıqda açan gül tək, solacaq.

Kim, ömrü keçirsə mənasız, hədər,
Ah çəkər, yanından ötəndə vüsal.
Özgə kölgəsində yatma, bu qədər
Qovrulub yanana sən də kölgə sal.

Bir xalqa arxadır mərd oğlu, gənci.
Gördün ki, hardasa mənlik, qeyrət var.
Kənar durub qaçma, sən ol birinci,
Ölümün də belə, başı ucaldar.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net