QALMIŞAM

Güldən ayrı düşən arı kimiyəm,
Yıxılmış zirvənin qarı kimiyəm,
Bir az da solmuşam sarı kimiyəm,
Sən olan dünyada sənsiz qalmışam!

Qızılı sünbülüm, dənimsən mənim,
Çöhrəmə təbəssüm, donumsan mənim,
Qibləmsən, imanım, dinimsən mənim,
Din olan dünyada dinsiz qalmışam!

Yaman darıxıram , sənimi gətir,
Qibləmi, Kəbəmi, dinimi gətir,
Mənsizəm əzizim, mənimi gətir,
Mən olan dünyada mənsiz qalmışam!

Təvəkkül Goruslu. 16.07.2018
www.kafiye.net