Madəm

Madəm ki demisən – “sevirəm səni “
Dərdini dərd edib mən çəkə billəm .
Məhəbbət adında susuz qəlbinə 
Ən gözəl fidanı mən əkə billəm .

Mən əkən ağaçın yarpağı solmaz ,
Qopsa ürəyimin gözünə düşər .
Ağlasam gözümün qarası qalmaz ,
Dünya dizlərimin dizinə düşər .

Can almaz yarpaqlar bu göz yaşımdan,
Aglamaz bu ürək bildiyim qədər .
Əlimi açdığım göydən başıma ,
Dərd yağmaz sevgimə, sevdiyim qədər .

Madəmki cəkirəm ,bu dərd ,bu kədər ,
Çək mənim sevgimin çəkisi qədər.
Bu təmiz qəlbinin xarabasında 
Bir sevgi sarayi tikilə bilər ..

Sibel Oğuz (Dişad Araz)
www.kafiye.net