Gecə Düşür

Gecə düşür yenə dinir qaranlıq
Mən gəlirəm deyib gecə car çəkir.
Haray salıb daş divar da bir anlıq
Yoxluğundan acı- acı hay çəkir.

Yenə bürüyəcək kabus otağı.
Divardakı rəsmlər rəqs edəcək.
Yenə səsə düşəcəkdir qulağı
Kimsə gəlb düşünüb sevinəcək.

Qərq olacaq elə dərin sükuta
Qu dedikcə qulaqları batacaq.
Sakitlikdən mən bilirəm yenə də
Qəm qüssəyə yen də qərq olacaq.

Yarılacaq yenə bağrı daşların.
Daş divarlar yenə də nəm verəcək
Danışmağa bir başlasa daşların
Kim bilir ki onlarda nə deyəcək.

Gəzindikcə ayaq altda döşəmə
Cırıldayıb narazılıq edəcək.
Yeriməyə ayağı yox yazığın
Yoxsa o da baş götürüb gedəcək.

Yoxluğunu dərd eləyib özünə
Həsrətindən bezəcəkdir bu evdə.
Bir də gördün alov alıb gizlincə
Yanıb külə dönəcəkdir bu evdə.

Nahidə Tagiyeva Qurbanova 10 .04.2018
www.kafiye.net