Nə qədər ki gec deyil.

Uman-küsən zamanımız keçibdir,
Bizə küsmək heç yaraşmaz, sevdiyim.
Zaman ötüb, dövran elə keçib ki,
Ruhumuz da bixəbərdir, sevdiyim.

Nə baxırsan mənə küskün baxışla,
İndi küsmək zamanımı de görüm?!
Gözləyirdim deyəcəksən bağışla – 
Küsməyinin səbəbini de, bilim.

Zaman ötüb, ömrə yoxdur etibar,
Çağrılmayan qonaq döyər qapını.
Bir də gördün alıb sənin əlindən,
Çağrılmayan qonaq alar yarını…

Nə qədər ki, gec olmayıb o zaman,
Yığışdır bu incikliyi, amandır.
Bir də gördük gec olubdur, ay aman,
Ölüm gəlib döydü bizim qapını…

Nahidə Tagiyeva Qurbanova- 11.04.2017
www.kafiye.net