Yetər Daha

Yetər daha için -için çəkdyim
Hər nə varsa gəl biz ataq kənara
Ürəklənib tut əlimdən sevdiyim
Gəl beləcə biz yol alaq məzara.

Ondan sonra qoy qınasın el bizi
Nə deyirlər qoy danışıb desinlər.
Qara torpaq udan kimi bax bizi.
Arxamızca min bir söhbət etsinər.

Qoy səs salıb bu dunyaya sevgimiz
Dastanlara nəğmələrə yol açsın
Bu dünyada olmasaq da bərabər
Məzarımız qoy yan-yana qazılsın .

Nahidə Tagiyeva Qurbanova 12.04.2018
www.kafiye.net