BELKE UŞAQ

Bəlkə uşaq idik hələ o zaman
Belə anlamırdıq sevgini eşqi
Elə bilirdik ki ayrılan zaman
Tezcə unudarıq olan hər şeyi.

Deyirdik geridə qalacaq illər
Zaman unutdurub yox eləyəcək
Bir-bir əvəzlənib keçər fəsillər
Zaman dərdimizə dəva edəcək.

Yada düşməyəcək bu eşq bu sevgi
Üz-üzə gəlməyə güman da yoxdur.
Burda yaşanmışdı burda da bitdi
Dünyada qalmağa şəhər də çoxdur.

Bəlkə uşaq idik hələ o zaman
Bəlkə xəbərsizdik həyatdan hələ
Bilmirdik gün keçər ötüşər zaman
Üz -üzə gələrik bir gün biz belə.

Nahide Tagiyeva Qurbanova  13.04.2018
www.kafiye.net