GECƏLƏR

(qəzəl)

Yuxum hey ərşə çıxır, ümidim ölən gecələr.
Bihudə bir sevgidir, bağrımı dələn gecələr.

Həyatın qəm odunu bəxş eləyib taleyimə,
Dünənimdən acıdır, üzümə gələn gecələr.

Məhəbbət aləminə seyrə daldığım, o gündən
Qüssədən baş açmayıb, olmadım gülən gecələr.

Mənə ki, qəm gətirib – ay, ulduzu parlaq, olan
Özün də mənim kimi, qüssəyə bələn gecələr…

Təbiət də ağlayır – şəbnəm tutur gül üzünü,
Olmayır sızlayanın, yaşını silən, gecələr.

Gəlişi sirlə dolu, hər anı bir möcüzəli,
Kaş, gələydin bu dəfə sevgilim ilən. Gecələr!

Mübariz, dözümlü ol, əzabdır hər sevgi yolu,
Arzulara çatarsan – qurtarar nalən, gecələr.

Mübariz Hüseyn
www.kafiye.net