RÜBAİLƏR

Əgər göstərirsə qanun, ədalət
Onu icra edib eyləmə minnət.
Bəzən də haqqını bilməyənlərdən,
“Düzəldərəm” – deyə, götürmə rüşvət.
* * *
Məndən uzaq düşüb, gen qaçır vüsal
Dedim, yar bağına baş vur, Ey xəyal!
Dedi:- mən uçuram uca göylərə
Uğursuz sevginlə, özün yerdə qal.
* * *
Yola hazırlaşıb qəmli, həvəssiz.
Dedim ki, darıxma el, oba mənsiz.
Gördü ah çəkirəm, qəfil dinərək
Dedi: – darıxacan özün vətənsiz.
* * *
Sevgi göylərində süzdürmək olmur,
Eşqin göllərində üzdürmək olmur.
Neyləyim, eşitmir qəlbin səsini
Kənardan birtəhər sezdirmək olmur.
* * *
Bilirəm, Qarabağ nur saçıb gözə
Cənnət qucağını açacaq bizə.
Uğrunda tökülən hər şəhid qanı
Lalə ləçəyində çıxacaq üzə.

Mübariz Hüseyn
www.kafiye.net