Yola Çıxmışam

Elə bir yola çıxmışam ki ,sonunda nə oldugunu bilmirəm.. elə bir yola çıxmışam ki qarşıda məni uçurummu gözləyir,ya bu uçurumun aşağısında dənizmi var yoxsa daş-qayamı? bunu belə bilmirəm..elə bir yola çıxmışam ki qarşıda bəlkə atəş var,bəlkə mən atəşə doğru gedirəm,bunu belə bilmirəm…

Elə bir yola çıxmışam ki geriyə dönə bilmirəm..ayaqlarım məni aparır,mən dura bilmirəm,ürəyim məni aparır,ruhum məndən qabaq gedir…ağlımsa artıq var olmaqdan bezib…elə bbir yoldu ki bu bəlkə də heç sonu yoxdu..uzandıqca uzanacaq ,bəlkə heç bitməyəcək…tək bildiyim budur ki,bu yolda mən nəfəs alıram,günəşin üstümə saçan şüalarından zövq alıram,cürbəcür gözəl mənzərələrlə qarşılaşıram…və mən bu yoldan dönmək istəmirm..mən bu yolu davam etmək ,bu təmiz havanı doya -doya içimə çəkmək ,günəşin şüalaraında isinmək,o mənzərələri görmək istəyirəm…

Mən bu yolu getmək istəyirəm…və mən hiss etməyi unutduğum xoşbəxtliyi bu yolu davam etdikcə hiss edirəm…sonunda nə olduğunu bilmirəm,düşünmək də istəmirəm,sadəcə və sadəcə yoluma davam etmək sitəyirəm…kim bilir ,bəlkə bu yolun sonunda ən gözəl mənzərəylə qarşılaşacam….

Nigar Şemsi Nigari
www.kafiye.net