Allaha gəl

Səni xatalarınla burxıram baş-başa,
Haqqa yaxın durmadın,yanlışlarınla yaşa,
Hədəfi düz seçmədin,oxun dəyəcək daşa,
Haqdan ayrı,ruhunu Şeytana satar insan,
Günahın girdabında boğulub batar insan.

Çirkin işlər,əməllər sənə gözəl görünər,
Saflığın,təmizliyin qaranlığa bürünər,
İman olar yarımcan,zəlalətdə sürünər,
Haqdan ayrı,ruhunu Şeytana satar insan,
Günahın girdabında boğulub batar insan.

Ayırmaz bir-birindən mömini,günahkarı,
Hqq işığı nur saçıb,çağırar insanları,
Tövbə et,Allaha gəl,Haqqın ipinə sarıl,
Haqdan ayrı,ruhunu Şeytana satar insan,
Günahın girdabında boğulub batar insan.

Tənha Bulud,qəmə də,şadlığa da şükr elə,
Səhər-axşam Rəbbinin adlarını zikr elə,
Allaha əyilməyən baş ucalarmı söylə?
Haqdan ayrı,ruhunu Şeytana satar insan,
Günahın girdabında boğulub batar insan.

17.02.2018
Tamara Rustamova Tənha Bulid
www.kafiye.net