OYNADIM

Amandır,fələklə beşdaş oynama,
Düşməz ürəyincə daşın daş üstə /Xanlar Nuri/


Oynadım, beşdaş oynadım
Mən fələklə gülə-gülə.
Daş üstə düşmədi daşım,
Tale niyə əydi belə?

Çiçək daşa tuş olarmış,
Bahar qışa tuş olarmış.
Nə yaman sərtliyin varmış,
Fələk, məgər haydı belə?

Nə könlümcə könlüm açan,
Nə dərdimi alıb qaçan…
Bir təmiz gözə möhtacam,
Ah ,bu nisgil nəydi belə?

Ta ürəkdən gülüşüm yox,
O şahanə yerişim yox.
Bu dünyalıq bir işim yox,
Yaşadığım nəydi belə?

İncə ruhum qabalaşmış,
Sarmaşıq köksümü sarmış.
Bu dünya İblisə yarmş.

Tək pənahım Göydü elə/Tənha Bulud/

www.kafiye.net