Nəyinə Lazım Axı

Nəyinə lazım axı ,
Qonşun acından ölür.
Nə tapırsan sən ötür,
Səhər yağlı yaxmacı,
Arvad çalan quymağı.
Dörd soyutma yumurta.
Səni saxlar günorta.
Üstündən qatı şərbət,
Xeyri olacaq əlbət.

Günorta cücə plov.
Altı qırmızı qazmaq.
Düyüsü barmaq -barmaq
Hətta noxudlu bozbaş
Kim görsə olar yoldaş
Olma heç kimə qardaş.
Yağlı ye yavaş-yavaş
Hərdən pendirlə lavaş

Axşam hələ olmamış
Kimsə süfrə açmamış
Arvad qazan asmamış
Nə tapsan tıx içəri.
Göndər getsin qarına
Gələr sənin karına
Nə getsə qarına qazanc
Qoyma sən özünü ac.

Elə ki axşam oldu.
Bağla tez qapıları.
Söndür kimsə görməsin
Evdəki işıqları.
Nə bişiribsə arvad
Çək özünə bir tabaq
Üstü qiyməli xəngəl
Ye işin olsun əngəl.

Nəyinə lazım axı
Qonşun acından ölür.

Nahidə.24.11 .2017
Nahide Tagiyeva Qurbanova
www.kafiye.net