Seven Üreyimi

Səni sevən ürəyimi 
para-para edib getmə.
Bircə kəlmə şirin sözə 
aldanıb sən çıxıb getmə.

Çox olacaq can deyənlər
Hər sözünə hay verənlər.
Üzə gülüb bax arxanca.
Min bir kəlmə söz deyənlər.

Kimsə sənə mən olmaz ki,
Dərdinə məlhəm olmaz ki
Bax necəsən özün kimi
Çevrilib heç sən olmaz ki.

Əgər çıxıb gedirsənsə
Gərək geri dönməyəsən.
Gedərkən çırpdığın qapın
Gəlib birdə döyməyəsən.

Nə deyim ki daha sənə.
Gedirsən get yolun açıq.
Hər nəyin var götür apar.
Birdə dönmə nəsə qalıb.

Nahidə 16.07.2017
www.kafiye.net