AZ YAŞAYIM

Çox yormusan Həyat məni.
Zaman tanı nəfəs alım.
Gərdişindən yorulmuşam.
Rahat burax az yaşayım.

Nə istədin axı məndən?
Doğulandan heç sevmədin.
Bircə dəfə axı nədən?
Üzümə də heç gülmədin.

Yetmədimi bu əzabın.
Daha gücüm qalmayıb ki.
Nədir mənə qıymadığın.
Səndən heçnə ummadım ki,

Nə verdinsə şükür etdim.
Asi olmadım Allaha.
Dua etdim yatan zaman.
Salamat çıxım sabaha.

Çox yormusan Həyat məni.
Zaman tanı nəfəs alım.
Gərdişindən yorulmuşam.
Rahat burax az yaşayım.

Nahidə Tağıyeva /24.06.2017
www.kafiye.net