ƏZRAYILA ÖZÜN ELÇİ DÜŞƏSƏN

Baş alasan vallah elə gedəsən.
Bu dünyada iz -tozun da qalmaya.
Sakit bir yer tapıb məkan seçəsən.
Ətrafında bir ins-cins də olmaya.

Uzaq olub bu dünyanın dərdindən.
Bircə günü dərdssiz -qəmsiz olasan.
Vallah elə bu dərdlərin əlindən.
Dönməyəsən elə orda qalasan.

Nə kiminsə əli yetə əlinə.
Nə kiminsə harayına çatasan.
Vallah elə bu dünyanın özündən.
Baş alasan o dünyaya qaçasan.

Gözləməyib nə zamanı nə vaxtı.
Əzrayıla özün elçi düşəsən.
Almayanda əzrayılda canını.
Elə özün o dünyaya gedəsən.

Nahidə Tağıyeva /23.06.2017
www.kafiye.net