TOXUNMA,,

Toxunma Şairin qəlbinə adam.
O qəlbdə nə qədər incilər yatır.
Cavabı olmayan bir çox sualın
Cavabın şeirdə Şairlər yazır.

Toxunma Şairin qəlbinə adam
O qəlb bir ümmandır bata bilərsən.
Bu gün toxunduğun qırdığın qəlbdə
Bəlkə rahatlığın tapa bilərsən.

Toxunma Şairin qəlbinə adam.
O qəlbdə nə qədər sevgilər yaıtr
Şairn qəlbindən süzülən sözlər
Ana laylası tək qulağa çatır.

Toxunma Şairin qəlbinə adam
Bəlkədə günaha bata bilərsən.
Zaman ötər bəlkə elə gün gələr
Vüsala şeirlə çata bilərsən.

Toxunma Şairin qəlbinə adam.
Allahın sevimli bəndəsidir o.
Göz açsa da bu dünyaya hamı tək
Allahın yerdəki elçisidir o.

Toxunma Şairin qəlbinə adam.
O qəlb söz yuvası söhbət yeridir.
Vallah bu dünyada ŞAİR olanın
Yeri o dünyada cənnət kimidir.

Nahidə Tağıyeva
www.kafiye.net