XATIRLADINMI

Getdiyin o gündən hər an,hər saat,
Söylə,sən də məni xatırladınmı?
Sən yoxsan,mənə də zindan bu həyat,
Söylə, sən də məni xatırladınmı?
*
Hər gecə rəsminə baxıb ağladım,
Dənizlər misalı coşdum,çağladım,
Eşqinə sevginə ümid bağladım,
Söylə, sən də məni xatırladınmı?
*
Bəzən həyat bitdi sandım burada,
Bəzən də keçmişi andım arada,
Bəzən həsrət məni çəkdi dara da,
Söylə, sən də məni xatırladınmı?
*
Könlümün yarası hər an qanadı,
Zalım fələk məni eşqlə sınadı,
Bütün ağrı,əzab məndən yanaydı,
Söylə, sən də məni xatırladınmı?
*
Hər gün baxışımı sərdim yollara,
Verdim ,gəncliyimi keçən illərə,
Sızladım,səni hey sordum ellərə,
Söylə, sən də məni xatırladınmı?

Nazlı Hacılı.
www.kafiye.net