Vətəndən uzaqda məskən salan el oğullarına!

Çağırır!

Qayıdın bu yurda Vətən övladı,
Bir baxın bu Vətən sizi çağırır!
Qoyma gözdə qala arzu-muradı,
Sahibsiz ocağın közü çağırır!
*******
Deyin unudarmı o dağlar sizi,
Meynəli,meyvəli budaqlar sizi,
Çaylar,şəlalələr,bulaqlar sizi,
Göydəki qartalın gözü çağırır!
++++
Gəzib-dolanmayın qərib ellərdə,
Sizinçin darıxır açan güllər də,
O,cənnət məkanı bizim ellər də,
Laləli talası,düzü çağırır!
*******
Qoymayın bu eldə ocaqlar sönə,
Qayıdın bu yurda imana-dinə,
Qayıdın qoymayın siz ağlar günə,
Çayları,çeşməsi izi çağırır.
******
Yazıram, sadiqəm,yurduma-elə,
Vətənsiz bürünnəm qəmə-nisgilə,
Axar gözlərimdən yaş gilə-gilə,
Qızların əllisi-yüzü çağırır.
******
Solmazam,elimin bir sadiq qulu,
Neynirəm dövləti,həm malı-pulu,
Rəbbimə güvəndim,yolum Haqq yolu,
Şairin misrası,sözü çağırır!
Sönən ocaqların közü çağırır!!!

22-01-2017
Solmaz Şirvanlı
www.kafiye.net