Niyə ölməyir.

(Bu yaxınlarda metroda bir gənc xanıma rast gəldim.
Başının bir tərəfi taya kimi, o biri tərəfi dibindən qırxılmış bu xanım məndə çox mənfi təəssüratlar yaratdı).

Bir “gözəl”i istəyirəm, vəsf edəm,
Gözləmirəm əsla bu işdən xeyir,
Görməyəydim, kor olaydı kaş didəm*,
Daha yazammaram gözəldən şeir.

Göz dəyəcək bu gərdənə, bu boya,
Hər baxışı, aşiq üçün fobiya**,
Bir tükü yox, qaş “kserekopiya”,
Göz yeni il “yolka”sına bənzəyir.

Təzə yığdırıbdır, qəddi əyilmir,
Baxışı donubdur, sifəti gülmür,
Dodağı qapanmır, danışa bilmir,
Görəsən, yeməyi nə təhər yeyir?..

Başına qoyubdur nə qədər maya,
Yaradıbdı qövsü – qüzehdən taya,
Qırxılıbmış bir tərəfi, olmaya…
Biz cəhənnəm, yaxınları nə deyir?..

Təmirdən çıxıbdı burnu, çənəsi,
Tamam sağalmayıb hələ sinəsi,
Qəbirdə xortdayar bilsə nənəsi,
Yəni bunu evdəkilər görməyir?…

Ayaq üstə durub, yoxdur amanı,
Oturmağa imkan vermir tumanı,
Çingizin çox yerə gedir gümanı,
Bu necə varlıqdı, niyə ölməyir?…

Didəm* – Gözüm.
Fobiya** – Qorxu, təlaş.

30.09.2016.
Çingiz Kürdəmirli.
www.kafiye.net