GÖZÜMDƏN

Mən sənə qəlbimi bəxş eylədim ki,
Siləsən nisgili,qəmi gözümdən.
Mən səni gözümə nəqş eylədim ki,
Sevinclə qovasan nəmi gözümdən.
**
Sözün söz,gözlərin göz işi vardır
Dünyanın bir deyil,yüz işi vardır
Hər kəsin özünün öz işi vardır
Eşq versən qovacaq çəni gözümdən..
**
Get desən qəlbindən gedəcəyəm mən
Qəlbsizdən nə umub,güdəcəyəm mən
Bir Rəbbə şikayət edəcəyəm mən
Həm səndən,həm məndən,həmi gözümdən.
**
Hədə söyləmirəm,müdrik kəlamsan
Ruhumda eşq olub,alovlanmasan
Nə güllə atacam,nə ox,nə kaman
Bəs eder çıxarsam səni gözümdən….

Nazlı Hacılı.
www.kafiye.net