Məni

Üzü məzarayam yol gedirəm mən,
Uzaqdan görənlər nə bilər məni!
Tökülüb dişlərim,ağarıb telim,
Niyə cavan sanır görənlər məni!
********
Yazdı taleyimi qara Yaradan,
Bilmirəm səsləyir hara Yaradan,
Qoyub hər işimi para Yaradan,
Qəmlərə tuş edib ərənlər məni.
*******
Görər röyalarda görər neçəsi,
Şair könlüm eşq badəsin içəsi,
Sevən könlüm yarçın candan keçəsi,
Çoxdur yoluma gül sərənlər mənim!
*******
Açıb baxça-bağda qızıl güllərim,
Yasəmən,nərgizim,qərənfillərim,
Yersizə nəştərdir acı dillərim,
Nəyimə lazım gül dərənlər mənim?
*******
Deməyin Solmazın dili acıdır,
Yazdığım duadır,dərd əlacıdır,
Burda o hər kəsə sadiq bacıdır,
Olmadı telimi hörənlər mənim!!

27-12-2016
Solmaz Şirvanlı
www.kafiye.net