“”Şuşam “”şeirimi bəyan edirəm…

Gözlərimdən sudu düşüb,
Yanağımı yudu düşüb,
Sənsizliyin odu düşüb,
Bağrım oldu talan, Şuşam.

Sinəndəki dağın aydın,
Solun aydın, sağın aydın,
Dünən elə yaxıniydin,
Ay uzaqda qalan Şuşam.

Gələcəyəm gəldim desəm,
Öləcəyəm öldüm desəm,
Sənsiz bir yol güldüm desəm,
Bil, yalandı, yalan Şuşam.

Tarix boyu bizim olan Şuşamiz ,inşallah Allahin izni ilə bizim olacaq. Yaşayan,Var olan Azərbaycanimla bahəm bir. Amin.

Aygün Huseynli
www.kafiye.net