QAYITMA GERİ

Özün öz xoşunla baş alıb getdin
Dərk edə bilmədim mən heç bu sirri.
Əğyar qapısında ağac tək bitdin
Bir daha qayıtma,qayıtma geri.
*
Düşdün nəzərimdən daha fayda yox
Sənin ucbatından çox dərd çəkdim,çox
Vurdun ürəyimə zəhərli bir ox
Qoymadın özünə azca üz yeri.
*
Sən belə deyildin başdan,əzəldən
Heç ilham almazdın başqa gözəldən
Əhdə xilaf çıxdın sanki yüz əldən
Səni başdan etdi namərdin biri.
*
Soyuq davranışın,yalan dillərin
Qurutdun əkdiyin sevda güllərin
Gedib yad əlləri tutdu əllərin
Bu eşqi dəfn etdin sən diri-diri…

Nazlı Hacılı.
www.kafiye.net