Mən sənə yazmadım bu şerləri…

Götürdüm ruhuma eşqi yem kimi,
Bilmədim yeyəcək sonda kim kimi,
Titrədim içimdən sarı sim kimi,
Mən sənə yazmadım bu şerləri…

Əyilib başımı dizimə qoydum,
Əlimi qırışmış üzümə qoydum,
Sonuncu nöqtəni sözümə qoydum,
Mən sənə yazmadım bu şerləri…

Sözdən çələng hördüm, sözdən tac aldın,
Elə ürəyimdə yatıb qocaldın,
Səndən qisas aldım , səndən öc aldım ,
Mən sənə yazmadım bu şerləri…

Elə fəryad etdim kaman titrədi ,
Tutdum yaxasından zaman titrədi…
Yəqin ki, içindən yaman titrədin,
Mən sənə yazmadım bu şerləri…

Çevirdim xəzəli, xəzələ yazdım,
Yanımdan ötən bir gözələ yazdım…
Deyəsən … … birazca məzəli yazdım …
Mən Sənə yazmışam bu şerləri…
Mən…Sənə yazmışam… bu şerləri..

Cavanşir Esger
www.kafiye.net