Göz Göze

Oturduq -üz-üzə, durduq göz- gözə,
Baxışlar danışdı, dil danışmadı.
Gəldi təlatümə qabardı köksü,
Dəryalar danışdı, göl danışmadı.

Qovuşub ayrılan iki yol olduq ,
Buxovdan qurtulaN azad qul olduq ,
Boğduq, içimizdə, səsini boğduq
Bu necə sevgiydi el danışmadı

Görüşdük…mən həmən , sən həmən adam 
Öldürdü yenə də naz, qəmzən , ədan ,
illəri götürüb atdıq aradan
Zaman susub durdu, il danışmadı

Cavanşir , çatmısan əlli yaşına
Sığın xatirənə, dön yaddaşına..
Dolandın başına , döndün başına 
Könül fəryad etdi…gül danışmadı

Cavanşir Esger
www.kafiye.net