SENSİZ

Sənsiz gözüm sel yolu,
Halım xarab oldu yar,
Səndən ayrılalı mən,
Heç olmadım bəxtiyar!!
********
Odunda külə döndüm,
Fəryadı zilə döndüm,
Göylərdən yerə endim,
Günüm oldu ahu-zar!
**********
Ey günəşdən nur alan,
Aya da bənzərin var,
Səni vəsf eyləməyə,
Qələm qalıb intizar!
************
Günəş də sən,ay da sən,
Bahar da sən,yay da sən,
Dəniz də sən,çay da sən,
Sənsiz dünya mənə dar.
************
Sənsiz rəngim də solub
Könlüm bağlayıb qübar,
Sənsiz dünyam heç olub,
Yarı qalıb arzular.
************
Solmazam,ağlaram qan,
Sənsiz işim ahu-zar.
Sənsiz açılmayır dan,
Dərdlərim dünyaya car!!!
Dünyadan vaxtsız,nakam gedənlərimin xatirəsinə!
31-07-2016
Şamaxı,
Solmaz  Şirvanlı

www.kafiye.net