ƏLİNDƏ..

Yəqin məni heyrətimdən asardın,
Asırsan as,ixtiyarın əlində.
Bu ürəklə buz üstə də yaşardın,
Necə vurur qəlbin qarın əlində.
*
Tutulmusan biganəlik dərdinə,
Heç bilmirəm dərdlərinin dərdi nə,
Vay ondadır qəzəblənə,dərd dinə,
Qalmazsanmı namus,arın əlində?
*
Duymaq olmur dumanmısan,sismisən,
Belə çıxır barışdan da küsmüsən,
Deyəmmərəm yaxşımısan,pismisən,
Özün söylə,öz əyarın əlində..

Nazlı Hacılı.
www.kafiye.net