XATIRƏLƏRIN.

Gedişin köçəri quşa bənzədi,
Verdiyin dərdlərim hələ təzədir,
Könlüm sarayını nisgil bəzədi,
Məni məndən aldı xatirələrin.
*
Gecələr ulduza,aya baxarkən,
Sinəmdə şimşək tək hicran çaxarkən,
Göz yaşım içimə sakit axarkən,
Məni məndən aldı xatirələrin.
*
Qulaqdan getmir heç fısıltın,sözün,
Mən hardan biləydim dönüktür üzün,
Hər bağda,bağçada var ayaq izin,
Məni məndən aldı xatirələrin.
*
Bəzən bu günümdən qaçmaq istədim,
Sənli səmalara uçmaq istədim,
Dərdimi hər kəsə açmaq istədim,
Məni məndən aldı xatirələrin.
*
Gecişme,mənə dön yaman günümdür,
Naçaram,əzablı,duman günümdür,
Eşqindən bir vüsal uman günümdür,
Məni məndən aldı xatirələrin.

Nazlı Hacılı.
27.07.2016.
www.kafiye.net