AĞARDAR..

Saçlarıma dən səpməyə can atma,
Eşq olmasa qəm də onu ağardar.
Gözlərimin özülünü qanatma,
Nisgil verən nəm də onu ağardır.
*
Meqayisə olmaz tarla talayla,
Qəlb kötürü malanmaz malayla,
Elə belə sürtsən adi qalayla,
Nəyi versən xam da onu ağardar.
*
İz izlənməz məram izdən oxunsa,
Söz qocalmaz məna sözdən oxunsa,
Əsil mehrin mehri üzdən oxunsa,
Həm yaşayar,həm də onu ağardar.
*
Hər kəs istər çinə dönsün arzunu,
Aqil sevməz qəlbdən ensin arzunu,
Ay Hacılı,qoyma sönsün arzunu,
Arzu gülsə,kam da onu ağardar..

Nazlı Hacılı.
www.kafiye.net