Can Yuxuda

Can yuxuda ürək şamdı ,
Gecədən sabaha kimi.
Iynə ucu boyda yol var
Savabdan günaha kimi.

Xəyanətdən yanan Yurddu,
Kim unutdu , kimsə uddu .
Bu ağacı kim qurutdu 
Kökündən budağa kimi ?

Dağ başında sinəmdə dağ .
Dağmı dağı ovudacaq ?
Işıq salmadı bu ocaq 
Bu dağdan o dağa kimi.

Dil dilləndi… Olan oldu.
Söz bulandı , söz duruldu.
Ilahi , nə çətin yoldu 
Sinəmdən dodağa kimi.

Dərdik . bitirdik bu günü,
Gedənlər yığsın köçünü.
Cavanşir , dur yu içini …
-Ötürüm bulağa kimi ?

Cavanşir Əsgər
www.kafiye.net