Şeytan

Bu qurdun ağzı bağlanıb ,
bu quduz it qapmaz məni .
Dəlisi uzaq dayanmaz ,
ağıllısı tapmaz məni

Fırlanar böyür-başımda ,
işləri yerli yerində .
Kiməsə oyuncaq olurb ,
 kimsə oyuncaq , əlində .

Çalışıb kənar qaçıram ,
başqa bir donda görünür .
Əvvəl girir ürəyinə ,
əməli sonda görünür .

Daha mənə dişin batmaz ,
daha pozulmaz bu yazı .
Bir az məndən uzaq dolan
eynində adam paltarı ,
üzündə adam maskası 

Cavansir Esger
www.kafiye.net