şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Deprecated: wp_list_cats işlevi, 2.1.0 sürümünden başlayarak kullanımdan kaldırıldı. Bunun yerine wp_list_categories() kullanın. in /home/kafiyx/domains/kafiye.net/public_html/2011/wp-includes/functions.php on line 6121
Hələ doğulmamışam… Doğuldu Yer kürəsi … Ulduzu doğuldu, ayı doğuldu , dənizi doğuldu , çayı doğuldu… Bir ana bətninə doğuldum mən də … Doqquz ay yaşadım … Böyüdüm… Qocaldım…Öldüm… Dirildim…
Köçdüm yeni dünyaya , Atama, anama şad xəbər kimi , Hələ bu dünyadan bixəbər kimi.
Daddım meyvəsindən , içdim suyundan , Yığdım gözlərimə gördüklərimi , Yığdım ürəyimə sevdiklərimi , Hərənin öz yeri oldu içimdə .
İllər ötüşdükcə izim böyüdü , Izim böyüdükcə sözüm böyüdü , Gördüm oyunları gözüm böyüdü , Bu dünya kiçildi mən böyüdükcə .
Gördüm ki, havası suyu azalır. Daha yaşamağın duzu azalır… Səsım uçub gedir başqa dünyaya , Baxdığım tərəfdə baxışım itir .
Zaman saçlarıma naxışlar salır, Ömrümün bəzəyi, naxışı itir. Köhnəlir bu dünya hər addımbaşı, Ünvanı köhnəlir, yaşı köhnəlir.
Başımın üstündə ayı, ulduzu, Ayağım altında daşı köhnəlir. Köçür çiyinlərdə itirdiklərim , Ağaca çevrilib, quşa çevrilib, Çiçəyə çevrilib, daşa çevrilib Baş alıb gedirlər başqa dünyaya…
Mənsə yaşayıram insan ömrünü, Ağac olmamışam, quş olmamışam, Çiçək olmamışam , daş olmamışam. Elə bu dünya da ana bətnidi, Hələ bu dünyadan doğulmamışam. Hələ bu dünyadan doğulmamışam.
Yazıları özel abonelik ile takip edebilirsiniz.Bunun için
Deprecated: comments_rss_link işlevi, 2.5.0 sürümünden başlayarak kullanımdan kaldırıldı. Bunun yerine post_comments_feed_link() kullanın. in /home/kafiyx/domains/kafiye.net/public_html/2011/wp-includes/functions.php on line 6121 RSS 2.0 beslemesini kullanabilirsiniz.
Ayrıca yorum veya geri izleme de yapabilirsiniz.
Yorum Yapın