Görüş

Oturduq üz- üzə , durduq göz – gözə ,
Baxışlar danışdı , dil danışmadı .
Gəldi təlatümə , qabardı köksü ,
Dəryalar danışdı , göl danışmadı .

Ayrılıb qovuşan iki yol olduq ,
Buxovdan qurtulan azad qul olduq ,
Boğduq …İçimizdə səsini boğduq…
Bu necə sevgiydi el danışmadı.

Görüşdük , mən həmən , sən həmən adam ,
Öldürdü yenə də naz , qəmzən , ədan ,
Illəri götürüb atdıq aradan ,
Zaman susub durdu , il danışmadı .

Cavanşir çatırsan əlli yaşına ,
Sığın xatirənə , dön yaddaşına .
Dolandın başına , döndün başına 
Könül fəryad etdi … Gül danışmadı

Cavansir Esger

www.kafiye.net