Tez məni tərk et!

Ayrıla bilmirəm bu sevgidən mən,
Yağır yollarıma asta-asta qəm!..
Acısı yox! – Şirini öldürür nədən?
Qonub, ömrümə əbədi bir çən!..

Gəl, al əllərindən, gəl ala bilsən,
Bu dərdi ömrümdən sən silə bilsən…
Saçımı oxşasan, üzümə gülsən,
Bu dərdi yolumdan bir silə bilsən…

Mənim yollarımda qəm seli vardır,
Sən dəyiş yolunu ! – Öz yolunla get!
Önümdə durmağa gücünmü yetər?..
Yazıqsan! – yazıqsan tez məni tərk et!
Raifə Sərxanqızı 23.09.2012 2.24

www.kafiye.net