Aparanmı var ?
Məni susdurub,sarsıldıb zaman
Qəlbimin içində sızlayır kaman
Kiminə nalədir, kiminə aman
Bu qədər ağrıya dözərmi insan?

Bütün bu kainat qoy sizin olsun
Bəlkə dünyadan gözünüz doysun
Kəndlər ,şəhərlər fəht edən insan
10 metr bezlə də qəbrə qoyulsun!

Baxın ədalətə, baxın hökümə
Bəlkə dərs olacaq görən hər kimə
Caniyə,nökərə,şaha,hakimə
Bir ömür verilir,tək bircə ömür!

İbrət al ey ,dünya hakimi sən də
Dünyanın bir gəliş,bir gedişi var
Toplasan nə qədər sərvət,inci,var
Qoyub gedəcəksən! Aparanmı var?
RAİFƏ SƏRXANQIZI
11.02.2013 14.54

www.kafiye.net