Ömür gün yoldaşıma!

 

Bir sualım var 
Sənə bir sualım var!
Məni niyə sevirsən?
Cavabı çox asandı…
Cavabı çox qəlizdi!…
Məni niyə sevirsən?

Xoş gün görmürsən
Gülmürəm də, üzünə 
Cavabsız da qalırsan
Qulaq verməm sözünə
Məni niyə sevirsən?

Yatağın bumbuz soyuq
Mətbəxə də keçmirəm
Bişirmirəm də, toyuq
Sinən də, oyuq, oyuq
Məni niyə sevirsən?

Məni niyə sevirsən?
Bu sevgiyə səbəb nə?
Bu qədər ərköyünəm
Dözürsən yenə,yenə
Məni niyə sevirsən?

Məni çox böyütmüsən
Ürəyində…, gözündə
Çıxış yolu tapmırsan
Günah sənin özündə
Məni niyə sevirsən?

Raife Serxan Qizi

www.kafiye.net