Giresunda!

Qara dəniz ağ dumana qovuşaraq,
Qəlbimin duyğusuna qarışirdın sən .
Kim deyir ki, tufanınla barışdım mən?
Dalğaların ayağımı öpən zaman …
Dünyamızı anladırdın zaman, zaman!

Kimlər gəlib, kimlər getti, qalanlar kim,
Doğru deyən, dürüst olan, yalanlar kim…
Kim nə əkdi, kim becərdi, biçənlər kim,
Hakim olan ! – seçilənlər, seçənlər kim…
Dünyamızı anladırdın zaman, zaman!

Zirvədəki Topal Osman! -ayaqda sən,
Hey çırpın ki, o zirvəyə bir yetəsən…
Baxıb Şanlı Bayrağıma! – baş əyəsən,
Torpağımın sinendeki tarixini….
Dünyamızı anladırdın zaman, zaman!

Raifə Sərxanqızı 31.10.2012 19.21

www.kafiye.net