20 yanvar 1990

ŞƏHİD OLDUK!

Çırpınırdı Azərbaycan!
Nalə çəkib!- Haray çəkib!
Nifrətindən silahlandı!
Getdi düşmən üzərinə,
Əlləri boş! – Halay çəkib!

Bir səs ,mənə pıçıldadı,
O güllərə toxunarsan …
Əllərinə qanlar damar!
Qərənfillərin üstündə, 
Şəhidlərin Qanları var!

O gündən mən qərənfili,
O tər gülü, sevənmədim.
Otağıma gətirmədim…
Qəfil, toxunsa əlimə,
Üşüdərdim, titrədərdim!

Şəhid olduk , şəhidlərlə!
Qərənfil də, elə mən də!

Raifə Sərxanqızı

www.kafiye.net